BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Xəbərlər

img

3 yaşlı qızına və 11 yaşlı baldızına təcavüz etdi

  • FEVRAL 08, 2019
  • 92

O, bir çox istismarda günahlandırılaraq 30 il həbs cəzası alıb.

Türkiyədə öz qızına və baldızına təcavüz edən şəxs məhkəmə qarşısına çıxarılıb.

İstanbuldaki məktəblərin birində oxuyan 5-ci sinif şagirdi sinif rəhbərinə bacısının ərinin ona toxunduğunu deyib.

Hadisənin ardından A.Talat polislər tərəfindən saxlanılıb. Onun 3 yaşlı qızını da istismar etdiyi öyrənilib.

5-ci sinif şagirdi E.U-nun vəkili təqsirləndirilən şəxs üçün "uşağa cinsi istismar" cinayətindən 15 il həbs cəzası istəyib.

A.Talatın dünən baş tutan məhkəməsində hakim onun bütün cinayətlərdən ayrı-ayrı cəzalanacağını bildirərək E.U-nu bir çox istismarda günahlandıraraq 30 il həbs cəzası verib.

A.Talat qızına etdiyi cinsi istismara görə mart ayında bir daha məhkəməyə çıxarılacaq.

 

aznews.az