BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Xəbərlər

img

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri yaxın zamanlarda veriləcək

  • FEVRAL 08, 2019
  • 72

Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.

Trend-in məlumatına görə, bunu “AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:

“Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.

A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.

 

trend.az