BAZAR GÜNÜ, FEVRAL 17, 2019

İdman

img

VAR sistemi Bakıda tətbiq olunacaq

  • FEVRAL 05, 2019
  • 64

Bu mövsüm Avropa Liqasının Bakıda keçiriləcək final oyununda VAR (videotəkrar) sistemindən istifadə olunacaq.

 UEFA-nın rəsmi saytına istinadən yayılan xəbərə görə, qurum artıq Bakıda keçiriləcək həlledici qarşılaşmada VAR-ın tətbiq olunacağını təsdiqləyib. Həmçinin bu mövsüm Çempionlar Liqasında, Millətlər Liqasının Portuqaliyada olacaq finalında və 21 yaşadək futbolçulardan ibarət komandalar arasında İtaliyada keçiriləcək Avropa çempionatında sözügedən texnologiyadan istifadə ediləcək.