BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Şou-biznes

img

"Xalq ulduzu"ndan Səhiyyə Nazirliyinə qarşı böyük iddia

  • FEVRAL 04, 2019
  • 79

"Xalq ulduzu" yarışması ilə məşhurlaşan Mirkamil Kamilov Səhiyyə Nazirliyini məhkəməyə verəcəyini açıqlayıb.

Sənətçi bildirib ki, onun narkotik əleyhinə olan dərmanları almasına problem yaradılır:

"Narkotik asılılığından çıxmağım üçün qəbul etdiyim dərmanları əldə etməyimə mane oldular.  Allah canlarını sağ eləsin. Mən o qədər də dəli deyiləm. Öz həkimimə narkotik vasitə olan dərman sifariş etdim. Səhiyyə Nazirliyi, eşidin. İnsanın beynini, ağlını əlindən ala biləcək dərmanı mənə satdılar. Əgər bu dərman satılırsa və ölümlə nəticələrənə bilərsə - niyə satılır və mənə xeyri olan digər dərmanı almağıma niyə maneçilik törədilir.  Səhiyyə Nazirliyini məhkəməyə verəcəyəm. Tutaq ki, mən deyiləm, başqa bir insandır. Cavab versinlər ki, adam öldürən dərmanı niyə satırlar?"

Qeyd edək ki, M.Kamilov bir müddət öncə narkotik qəbul etdiyini özü açıqlayıb.

 

 

olke.az