BAZAR GÜNÜ, FEVRAL 17, 2019

İdman

img

Çempionlar Liqasında fasilə bitir

  • FEVRAL 11, 2019
  • 77

UEFA Çempionlar Liqasında fasilə yekunlaşır. Maraq.az SportLine.az-a istinadən xəbər verir ki, sabah 1/8 final mərhələsi start götürəcək.

Qrup mərhələsini ilk iki pillədə tamamlayan komandalar qitənin ən nüfuzlu klub turnirində yoluna davam edir. Yarışın əsas mükafatına iddiaçılar arasında 4 İngiltərə, 3 İspaniya, 3 Almaniya, 2 İtaliya, 2 Fransa, 1 Hollandiya və 1 Portuqaliya təmsilçisi var.

Yarışda son illərdə hegemonluq edən "Real" əvvəlki formasından uzaq olsa da, yenə də favoritlərdən hesab olunur.

Ötən il həlledici məqamda büdrəyən "Liverpul" da bu mövsüm mükafatı qazanmaq istəyir. Amma "mersisaydlılar", ilk növbədə "Bavariya" səddini aşmalıdırlar.

1/8 final mərhələsində Neymarın xidmətindən istifadə edə bilməyəcək PSJ-nin "Mançester Yunayted"lə dueldə hansı nəticəyə imza atacağı maraqla gözlənilir. 

Dortmund "Borussiya"sı ilə qarşılaşacaq "Tottenhem" də Harri Keynsiz qalib gəlməlidir. 

Mərhələnin ən maraqlı mübarizələrindən biri "Atletiko" və "Yuventus" komandaları arasında yaşanacaq. Kriştianu Ronaldunun köməyi ilə Çempionlar Liqası kubokunu qazanmağı hədəfləyən Turin klubu cütün favoriti göstərilsə də, Madrid təmsilçisinin də yarışda təcrübəsi kifayət qədərdir.

"Mançester Siti"nin "Şalke", "Barselona"nın isə "Lion"u asan keçəcəyi ehtimal olunur.

"Roma" və "Porto" dueli də gərgin mübarizə vəd edir.

Mərhələnin ilk 4 oyunu bu həftə təşkil olunacaq.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

13 fevral

00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)

00:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)

14 fevral

00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

00:00. “Ayaks” (Hollandiya) – “Real” (İspaniya)

Gələn həftə azarkeşlər daha 4 qarşılaşmaya şahidlik edə biləcəklər.

20 fevral

00:00. "Liverpul" (İtaliya) - "Bavariya" (Almaniya)

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya)

21 fevral

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)

00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)