BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Elm və incəsənət

img

Məşhur Stranger Things serialının ikinci kitabı gəlir

  • FEVRAL 11, 2019
  • 80

Məşhur Stranger Things serialının ikinci kitabı gəlir

 

Şerif Hopperin keçmişindən bəhs edəcək Darkness on the Edge of Town (Qəsəbənin sərhədindəki qaranlıq) iyunun 4-ü yayımlanacaq.

Netflix-in məşhur elmi-fantastik, qorxu janrındakı serialı Stranger Things-in 3-cü sezonu hələ yayımlanmayıb, amma o vaxta qədər oxuya biləcəyiniz “Suspicious Mind” (Şübhəli zehin) kitabı satışa çıxarılıb.

Birinci kitabın satışa çıxmasından çox keçməmiş Netflix “Darkness on the Edge of Town adlı ikinci kitabın anonsunu verdi. İkinci kitab iyunun 4-ündə, yəni 3-cü sezonun başlamasından tam 1 ay əvvəl yayımlanacaq.

Birinci kitabda hadisələr 1969-cu ilin yayında baş verəcək və Elevının anasının MKULTRA adlı araşdırmaya qatılmasından bəhs edəcək. İkinci kitabın mövzusu isə 1977-ci ildə Şerif Hopperin Nyu-Yorkda cinayət axtarış detektivliyi etməsi olacaq.

 

Sahil Abbasbəyli