BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Xəbərlər

img

Vüsal Qasımlı: Ölkə üzrə orta əməkhaqqı 10 faiz artacaq

  • FEVRAL 09, 2019
  • 99

Azərbaycanda minimum əməkhaqqının artırılmasına 2019-cu ildə (10 ay ərzində) dövlət büdcəsindən 335 milyon manat yönəldiləcək.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, növbəti ildə bu rəqəm 400 milyon manatadək artırılacaq:

"Minimum əməkhaqqının artımı 600 minədək insanı əhatə edəcək, onlardan 450 mini dövlət sektorunda işləyir. 270 milyon manat dövlət qulluqçularının maaşlarının artırılmasına, qalanı isə sığorta və vergi ödənişlərinin təmin olunmasına yönələcək. Dövlət sektorunda çalışanların maaşı 30 faiz, özəl sektorda isə 15-20 faiz yüksələcək. Beləliklə, ölkə üzrə orta əməkhaqqı 5-10 faiz artacaq".

O əlavə edib ki, cari il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (130 manatdan 180 manatadək) artacaq.

Qeyd edib ki, son 15 il ərzində ölkə üzrə orta əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı isə 6,5 dəfə artırılıb.

 

trend.az