BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Xəbərlər

img

Bakıdı marketin qarşısında kişi cəsədi tapılıb

  • FEVRAL 09, 2019
  • 80

Bakıda küçədən meyit tapılıb.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Fevralın 9-da gecə saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Army Market"in qarşısında təxminən 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən zorakılıq və xəsarət izləri aşkarlanmayıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda meyitin şəxsiyyəti və ölüm səbəbləri araşdırılır.

 

trend.az