BAZAR GÜNÜ, FEVRAL 17, 2019

Online hüquq məsləhətxanası

“Online Hüquq Məsləhətxanası” Maraq.az saytının nəzdində fəaliyyət göstərən hüquq məsləhətxanasıdır. Maraq.az saytı olaraq bizim bu səhifəni yaratmaqda məqsədimiz oxucularımızın hüquqi problemlərinin həll edilməsinə köməklik göstərilməsidir. Online məsləhətxana vasitəsilə oxucularımız hüququn bütün sahələrinə aid suallarına ətraflı izah əldə edə biləcəklər. Belə ki, Maraq.az saytının rəhbərliyi bu sahədə xidmətlərin (ödənişsiz online hüquqi məsləhətlərin verilməsi) təşkil edilməsi məqsədilə bir neçə qabaqcıl hüquq şirkətləri ilə müvafiq müqavilələr bağlamışdır. Bu müqavilələrə əsasən oxucularımızın online məsləhətxanaya ünvanlandığı suallar hüquq şirkətlərinin qabaqcıl, peşəkar hüquqşünasları tərəfindən cavablandırılacaqdır. Odur ki, saytımız tərəfindən dəyərli oxucularımız üçün nəzərdə tutulmuş “Online Hüquq Məsləhətxanası”ndan yararlanın, çünki biz bu səhifəni məhz sizin hüquqi problemlərinizin peşəkar hüquqşünaslar tərəfindən çözülməsi üçün yaratmışıq.