Buradasınız
Bugün Ümumdünya Salam günüdür Oyun 

Bugün Ümumdünya Salam günüdür

21 noyabr Ümumdünya Salam günüdür.  Bu günü Maykl Brayn və Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlamati olaraq fikirləşiblər.Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş etmişdilər.Bu fikir hər kəs tərəfindən dəstəkləndi və 1973-cü ildən etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam günü kimi qeyd edilir.

Müxtəlif xalqlarda maraqlı salamlaşma adətlərindən bir neçəsi:

Tibet – salamlayan şəxs dilini çıxarır və bununla onlar 9-cu əsrdən qalan zalım hökmdarın reinkarnasiyasını yaşamadıqlarını və hökmdarın qara dilinə yox, ağ dilə sahib olduqlarını göstərirlər.

ladakh-tongue-800

tibetan-monk

 

 

Filippin- “Mano” salamlayan şəxs digərinin əlini öz alnına qoyur və bununla hörmət əlaməti göstərir.Qeyd edək ki, mano ispan dilindən tərcümədə əl deməkdir.

3921568477_582321365b_z-1

 

 

Yaponiya – salamlaşarkən  qarşılıqlı təzim edirlər.

japan-popup

image00215

Hindistan – “Namaste”, salamlaşarkən ovuclarını bir-birinə birləşdirir və ürəklərinin üzərində tutaraq namaste deyirlər.

indian-salute

namaste

Yeni Zelandiya- “Hongi”, Maori xalqı salamlaşarkən burunlarını və alınlarını bir-birilərinə toxundurub bir-birilərinin gözlərinə baxırlar.

hongi-greeting

1981236-main_image

Kenya- “Adamu”, salamlaşarkən bütün tayfa tullanaraq rəqs edir.

 

kenya-masai-dance

Ətrafınızdakı insanlara salam verməyi unutmayın 🙂

Amina Askerova

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: