Buradasınız
Sharon Jones həyata gözlərini yumdu Film və Musiqi 

Sharon Jones həyata gözlərini yumdu

Üç ildir ki, pankreas xərçəngi ilə mübarizə aparan Brooklyn köklü funk ve soul ifaçısı Jones dünən gecə həyata gözlərini yumdu.

31-sharon-jones-w1200-h630

Sharon Jones & The Dap Kings Facebook səyfəsindən edilən açıqlamaya görə 60 yaşındakı sənətçinin son anlarında bütün sevdikləri ve qrupu The Dap Kings da yanındaydı.

Açıqlamada bütün dəstəkçilərə ve dua edən hərkəsə təşəkkür edildi.

2013 cü ildə xərçəng olduğu bilindi  və xəstəliklə apardığı mübarizə daha sonra “Miss Sharon Jones!” adlı bir film halına gətirildi. Sharon Jones keçən il Toronto Film Festivalı’nda filmin təqdim olunarkən xərçəngin yenidən başladığı xəbərini almış ve mübarizəsinə davam edəcəyininin mesajını vermişti.

30-miss-sharon-jones-w1200-h630

4 May 1956’da Cənubi Carolina’daki North Augusta qəsəbəsində dünyaya gələn Sharon Lafaye Jones, kiçik yaşda ailisi ilə birlikdə New York’a köçdü ve her soul ifaçısı kimi musiqi ilə ilk dəfə kilsədə gospel oxuyaraq tanış oldu.

Müsiqi dünyasındaki ilk profesiyonal müqaviləsini  imzalamaq üçün uzun müddət gözləmək məcburiyyətində qalan Jones, həyatını davam edə bilmək üçün Rikers Adası’nda həbsxana məmurluğu ve Wells Fargo Bankası’nda zirehli maşın qorumalığı kimi fərqli işlərdə də işləmək məcburiyyətində qaldı.

90’lı illərin ortasına doğru həyatında köklü dəyişikliklər etməyə qərar verən və musiqiyə daha güclü bir şəkilde qayıdan Sharon Jones, ilki 2002 ilindəki “Dap Dippin’ with Sharon Jones and the Dap-Kings” olmaq üzrə səkkiz album çıxartdı.

15-03-07_sjdkxmas230-ed_wide-da2ba8d7fd883e2407bacc305d70ddad93702ae7

 

 

 

 

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: