Buradasınız
Dinlərin fərqli xüsusiyyətləri Oyun 

Dinlərin fərqli xüsusiyyətləri

Islam dini.

Ümumi nəzər budur ki, İslam yeganə Allaha təslim olmaq, boyun əymək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır.

1) Tövhid– Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.

56fdfced43b8444abb000001

2) Nübuvvet sonuncusu Məhəmməd peyğənbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun Qurani Kərim olduğuna iman gətirməkdir. İslamın şie məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamin haqq olduğuna iman gətirilməlidir.

 

3) Məad– hər bir insanın dünyasını dəyişməsinə və Qiyamet gunu dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər muselman adlanırlar.

images-4

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın peyğəmbəri Məhəmmədin etdiklərini sünni öyrənib, özlərinə örnək götürürlər.

download-2

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə Hecc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri -xums ve zekat , eləcə də fitre zəkati  verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahlari tərk etməlidir.

Şamanizm dini.

Asiya Şamanizmində üç aləm söz mövzusudur: Yer, yeraltı, Göy. Lakin bunlar simvolik ifadələrdir. Yeraltı termini Asiyanın kimi Şamanist ənənələrində kənar-aləm mənasında istifadə edilər, kimi Şamanist ənənələrində isə ölüm hadisəsinin dərhal sonra yaşanılan qarışıqlıq və vicdanı hesablaşma dövrünü ifadə etmək üzrə istifadə edilər.

1459167636663 image006

Bu səbəbdən, bəzi Şamanist ənənələrdə yeraltı deyildiyində, ümumiyyətlə kənar-aləmin titrəşmə səviyyəsi kobud və sıx mühitləri söz mövzusudur. Yeraltı deyiminin bu mənada istifadə edildiyi şamanist ənənələrdə kənar-aləmin dinc mühitləri isə “kölgələr diyarı” kimi başqa ifadələrlə ifadə edilməkdədir. Yaqut Türkləri, Çukçiler və Yukagirler, insanın üç “can”ı olduğunu qəbul edərlər. Ölüm hadisəsində biri məzarda qalar, biri “kölgələr diyarı”na enər, üçüncüsü isə Göyə çıxar. Ölülər, bir müddət sonra, yer üzündə təkrar təbiət bilərlər. Uyğurlar, inandıqları davamlı olaraq təkrar doğulma faktına “sansayar” adını verirlər.

Animizm dini.

Animizm – ruhlara etiqad, Ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inanc. Animistik təsəvvürlər ibtidai cəmiyyətdə meydana gəlmişdir. Animizmin yaranmasının əsas səbəbi insanların təbiət və onun qanunları haqqında bilik ehtiyyatlarının az olması olmuşdur. İnsanlar yabancı təsəvvür etdiyi kor-təbii təbiət qüvvələrinə qarşı durmağa qabil deyildilər. Bu qüvvələrin canlandırılması cəmiyyətin inkişafının müəyyin pilləsində həmin qüvvələrin mənimsəmə forması olmuşdur. Animistik təsəvvürlər bütün dini etiqadların əsasını təşkil etmişdir.

turkmenistan-3 uzak-dou-dini-inanlar-ve-bayrak-ve-inan-sembolleri-cenaze-tren-ve-uygulamalar-27-638

Animizm bütün varlıqlarda ruhun mövcudluğuna inancına əsaslanır. Animizmin ilk elmi təhlilini E.Teylor vermişdir. Onun öz təlimində iki ehkamı qabardır:

1) ruh varlığın məhvindən, yəni, daşıdığı cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir;

2) bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır.

Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir.

Buddizm dini.

Dzen-Buddizm — buddizm cərəyanlarından biri. VI əsrdə Cinde meydana gəlmiş və Yaponiyada geniş yayılmışdır. Dzen-Buddizmin əsasını Budda ilə bütün varlıqların vəhdəti haqqında təsəvvür, bütün nəzəri metodlardan yüksəkdə duran dao-təbii yolla haqqında təşkil edir.

861480_612127b7_16 uzak-dou-dini-inanlar-ve-bayrak-ve-inan-sembolleri-cenaze-tren-ve-uygulamalar-27-638

Digər məktəblərdən fərqli olaraq Dzen-Buddizm “ani şüalanma” ideyasını, həqiqətin-satorinin əldə edilməsini təbliğ edir. Dzen-Buddizmin irrasionalizmi və intuitivizmi,onun ekzotik mərasimləri Qerbi Avropa və Amerikafilosoflarını xüsusilə son onilliklərdə özünə cəlb edir.

Hinduizm dini.

Hinduizm — Hind yarımadasında yaşayan yеrli əhalinin mənsub olduğu dindir. Qərblilər bu xalqın dinini ifadə еtmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət еtmişlər.

hinduizm-nedir-inanclari-ve-tarihcesi

download

Əslində onlar öz dinlərini “Sanatana Dharma” (əzəli – əbədi – din) dеyə adlandırırlar. Еhtimal olunur ki, bu dinin tarixi е.ə. 2000-ci ilə qədər gеdib çatır. Bu prosеsi bеş dövrə ayırmaq olar: 1.Vеdalar dövrü (е.ə. 2000-ci il); 2.Upanişadlar dövrü (е.ə. 800 – 500); 3.Klassik dövr (е.ə. 500 – еramızın 500-cü ili); 4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vеdanta); 5. Müasir dövr.

Hinduizm milli dindir. Dünya əhalisinin təxminən 12 %-i bu dinə mənsubdur. Dinin qurucusu kimi Şri Krişna göstərilir.

Müqəddəs kitabları.

1)Riqveda

2)Samavеda

3) Yacuzvеda

4)Atharvavеda

 

 Zərdüştilik dini.

Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik Güney Azərbaycan ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştun  adı ilə bağlıdır.

Bu yeni dini etiqad yalnız Azərbaycan ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda İran, Orta Asiya Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.

1456782266

Zərdüşt dini məzdəizm, eləcə də digər dinlərin tarixində baş vermiş daxili təhəvvülata məruz qalmışdır. Bu baxımdan da Zərdüşt peyğəmbər tərəfindən yaradılmış və ilkin maqlar  tərəfindən qəbul edilmiş Zərdüşt dini və onun dünya görüşünü Sasaniler dövründəki məzdəizm – daha dəqiqi atəşpərəstlik ilə eyniləşdirmək olmaz.

images

Bu sahədə nüfuzlu tədqiqatçı Girşmanın göstərdiyi kimi, məzdəizmin ilkin dövründə əsas fövqəlbəşər qüvvə Hörmüzd Mehr (Mitra) və Nahid idisə, sonralar onları əvəz edən Hörmüzd və onun barışmaz düşməni olan Əhrimən görüşü həqiqi dualizmdir. Ona görə ki, onlar iki – biri digərinə zidd olan qüvvəyə (xeyir-şərə) və yaxud substansiyaya inanır və bu mübarizədə Hörmüzdün (xeyirin) qalib gəlməsinə əmin idilər.

Atonizm dini.

Aton dini və ya Atonizm – tarixdə məlum olan ilk monoteist din. Qədim misirdə 18-ci sülalənin hakimiyyəti dövründə sonradan özünü Exnaton adlandırmış firon Amanhotep tərəfindən yaradılmışdır. Bu din e.ə. XIV əsrdə təxminən 20 il müddətinə Qədim Misir dövlətinin rəsmi dini olmuşdur.

image006

240px-_001_torino_museo_egizio_geroglifici_su_pietra

Atonun xüsusiyyətləri

1) Bütün kainatın tanrısıdır – nəzərə alsaq ki, Aton dininin yarandığı dövrdə hər bir nomun (vilayətin) öz tanrısı vardı və digər nomun tanrısına ibadət edilmir, o zaman bu islahatın nə qədər əhəmiyyət daşıması aydın olur.

2) Sülh və sevginin tərəfdarıdır. Digər monoteist dinlərdəki kimi cəhənnəmi, işgəncəsi, əzabı yoxdur.

3) O nə qadındır, nə də kişi. Məhz ilk dəfə Atonun timsalında bir tanrının hər hansı bir cinsə məxsusluğu fikri inkar edilir və kainatın dualizmini özündə əks etdirən bir tanrı obrazı yaradılır.

4) Onun heç bir vasitəçiyə ehtiyacı yoxdur/

5)  İnsanları özünəbənzər olaraq yaradıb. Necə ki, sonrakı dinlərdə də tanrının Adəmi öz ruhundan üfürərək can verməsi qeyd olunur.

6) O, insanlara həm uzaq, həm də yaxındır.

İudaizm dini.

İudaizm qədim yəhudi qəbilələrinin politeizmindən yaranmış, e.ə VII əsrdən başlayaraq moneteist din olmuşdur. Vahid Allah Yəhvaya, Tövratın müqəddəsliyinə etiqad; axirətə, qiyamət gününə, o dünyada əcr veriləcəyinə inam; ölülərin diriləcəyinə və Məsihanın zühr edəcəyinə etiqad; ruhun varlığına və taleyinə inam və s.

images-1

İudaizmin əsas etiqad ehkamlarıdır. Müqəddəs kitabları Tanah və Talmuddur. Musa peygenberin adıyla bağlı olaraq bu dinə “Musəvilik” də deyilir.

images-2

 

Yəhudilər demək olar ki, dünyanın hər yerinə səpələniblər. Dünyanın əksər ölkərində yəhudilər yaşayır. 2012-ci ilin statistikasına görə dünyada 14 milyondan çox yəhudi yaşayır, onların 42%-i İsrailde ə, 42%-i isə ABŞ və Kanada da yaşayırlar.

Ateizm dini.

Geniş mənada, ateizm allah və ya allahların varlığına inanmayan, allah və ya allahların varlığını bəyan edən dini təlimləri rədd edən fəlsəfi-elmi mövqedir.

images-3

Teorik Ateizm

Ateizmin birinci yanaşmasından bir az fərqli olaraq “Tanrı´nın varlığını rədd etmək” şəklində də təyin olunmuşdur. Əslində ateizm deyilincə ağla bu tərif gəlir. Fəlsəfədə əhəmiyyətli olan və Tanrı inancına ağır tənqidlər yönəldən ateizm forması da budur. Yəni düşünərək müzakirə edərək zehini bir səylə Tanrının varlığını rədd etmək və əlaqədar iddiaları çürütməyə çalışmaqdır.

download-1

Nəzəri ateizm də deyilən bu anlayış istiqamətində dindarların iddiaları və Tanrının varlığı lehində gətirdikləri dəlillər tənqid mövzusu olmuş, bu müddətdə Tanrının varlığını çürütməyə qarşı tezislər irəli sürülmüşdür. Nəzəri ateizmdə Tanrı´nın varlığı inkar edilməklə qalınmamış, bu anlayışla əlaqədar olaraq gündəmə gələn möcüzə, vəhy, peyğəmbərlik, müqəddəs kitab, ölümsüzlük və axirət həyatı kimi inanclar da tənqid olunmuş və rədd edilmişdir.

170px-feuerbach_ludwig

Ayrıca bu cür bir ateizmdə yalnız teistik Tanrı anlayışı hədəf alınmamış, bunun yanında mistik, mifoloji, transandantal və ya antropomorfik anlayışlarla, panteizm və deizm kimi, bir şəkildə Tanrı inancına yer verən digər məktəblər də rədd edilmişdir.

Xristianlıq dini.

Xristianlıq İsa Məsihin Ehdi-Cedid dini kitabında əksini tapmış həyatının təsvirinə və baxışlarına əsaslanan monoteistik dunya dini.Digər adları: məsihçilik, məsihilik, nəsraniyyət, tərsa. Üç əsas dünya dinlərindən (yehudilik ve islamla bərabər) biri, Ibrahimi dini  kimi də sayılır.

saint_mary_protector_of_caucasus

Xristianlar inanırlar ki, Nazaretli olаn İsa “məsh olunmuş ilahi varlıqdır(MƏSİHDİR)”, Allahın Kəlamıdır, bəşər olmuş Kəlamdır, Allahdır və bəşəriyyəti xilas edəcək Məsihdir.

1370017239-364

Bibliya ve İsanin  əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlarına görə (2007-ci ildə təqribən 2.1 milyard nəfər) birinci dindir. Avropada hər iki Amerikada, cənubi Afrikada və Okeaniyada üstün inancdır.

250px-thebible33

Xristianlığın üç əsas cərəyanları katolik pravoslavliq  və protestanliqdirır. Demək olar ki, hər xristian məzhəb kilse formada təşkil olunur. Xristianlıq Uclu Birlikə, yəni, tək Allahın üç ilahi Şəxsiyyətdə var olmasına inanır.

Xristianlıq bizim eranın I əsrində Roma imperiyasının tərkibində olan Fələstin torpağında, yəhudilərin arasında yaranıb. Sonradan o digər əyalətlərdə və xalqların arasında yayılmağa başladı.

mm

Kenan Asadov

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Web and Java Developerdir. Maraq.az CEO işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: