Buradasınız
Ölmədən öncə iştirak etməli olduğunuz 10 festival Oyun 

Ölmədən öncə iştirak etməli olduğunuz 10 festival

1.Rio karnaval,Rio de Janerio-Braziliya

Dünyanın ən böyük festivalı hesab olunan Rio karavalı hər il milyonlarla insanı özündə birləşdirir. 1723-cü ildə əsası qoyulan festival özünün rəngarəng rəqsləri, mahnıları, paradları və performansları ilə məşhurdur. Braziliya və Afrika musiqi elementləri və havasını özündə birləşdirən və daha çox zərb alətləri ilə çalınan Samba isə festivalın olmazsa olmazıdır.

rio-de-janeiro-scalla-2013

 

rio2-1

2. Dia de los muertos – Ölülər günü- Meksika

Ölən ailə üzvləri və dostları yad etmək üçün keçirilən festivalın mərkəzi Mexikodur. İnsanlar həmin şəxslərin sevdiyi əşya və azuqələrlə qəbirləri ziyarət edirlər.

dia-de-los-muertos-halloween-makeup

 

dia-de-los-muertos-mexico_0

3. Holi festivalı – Hindistan

Festival mart ayında yayın gəlməsi münasibətilə keçirilir və insanlar təbiətin oyanmasına nümunə kimi bir-birilərini müxtəlif rənglərə boyayaraq yayı qarşılayırlar. İnanca görə bütün günün  boyalı şəkildə keçirilməsi yeni fəsildə şans gətirəcək.

holi-festival-kinder-park-hanoi

holi-celebrations-group-of-kids-playing-holi-in-india-1024x524

4. La tomatina fest,Pomidor festivalı – İspaniya

Hər il avqust ayının sonuncu çərşənbə günü Bunol şəhərini qırmızıya boyanmamış görmək mümkün deyil. Çılğınlığı və möhtəşəm əyləncəni özündə birləşdirən festivalda insanlar pomidor döyüşü edirlər. Hər il 40000 dən çox iştirakçısı olan bu əyləncə dünyada olduqca məşhur və diqqətçəkicidir.

dd605ba7076ab785da5b9fbfc76c6140

5.Oktoberfest – Almaniya

Oktoberfest hər il Münihdə sentyabrın sonu və oktybarın ilk günlərini əhatə edən 2 həftəlik pivə festivalıdır. Pivə sevənlər üçün qaçılmazz əyləncə ola bilər. Pivə normaldan daha çox alkoqollu və sərt olması ilə seçilir və festivalın açılışı üçün ilk öncə Bavariya əyalət merinə təqdim edilir.

 

 

reu-germany-oktoberfest__003

oktoberfestgirls_2015_c_normal

6.Boryeonq, Palçıq festivalı – Cənubi Koreya

İlk dəfə 1998-ci ildə kosmetik məhsulların satışının təmin edilməsi üçün təşkil edilən festival yayda iyul ayının 2-ci həftəsindən başlayaraq 1 ay boyunca davam edir. Festival yüzlərlə turisti cəlb edərək hər kəsə gülməli anlar yaşadır.

boryeong-mud-2012-62

boryeong_festival_02

7.Gloucester cheese rolling, Pendir yuvarlama festivalı- İngiltərə

Hər il minlərlə insan Gloucestershire əyalətindəki təpədən yuvarlanaraq gloucester pendirini tutmağa çalışır. 25 mayda keçirilən festival əyləncəsevərləri özündə birləşdirir.

gloucester-cheese-rolling-downhill-race-1

diana-smart_2571237b

8. Venesiya maska festivalı

900 illik tarixi olan karnavalda insanlar maska və müxtəlif kostyumlar geyinərək ballarda və partilərdə iştirak edirlər. Rəngarəng gəmilərlə dolu olan kanallar isə karnavala və şəhərə özünəməxsus gözəllik qatır.

ap-carnival-venice_2812828a-xlarge

e5b1f2181fdb0528ec4c0fd84692b223

9. Pingxi Lantern festivalı – Tayvan

Minlərlə işıq şarları ilə dolu olan səma bu şarlarda arzuları və xəyalları birləşdirir. Həmçinin Tayvan xalqı bununla pis qüvvələri və xəstəlikləri şəhərdən uzaq tutacaqlarına inanırlar. Əsrarəngiz gözəlliyi və aurası ilə seçilən festival hər kəs tərəfindən maraqla qarşılanır.

y5e9l2ui5556d6eb7ebcb758415094

10. Bəyaz gecələr festivalı – Sankt Peterburq, Rusiya

Bəyaz gecələr, incəsənət, musiqi və rəqsin ahəngi Peterburqu hər kəsin ən başlıca seçimləri arasına salmışdır. Açıq səma altında ruhu oxşayan möhtəşəm əsərləri dinləmək və izləmək sənətsevərlər üçün cəzbedici fürsətdir.

the_white_nights_festival

swan-lake

Amina Askerova

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: