Buradasınız
Twitter-də 140 simvol məhdudiyyəti genişləndirilir! Texnologiya 

Twitter-də 140 simvol məhdudiyyəti genişləndirilir!

Sosial media nəhənglərindən olan Twitter-in quruluşundan bəri mövcud olan 140 simvol limiti genişləndirilir!

Twitter 19 sentyabr tarixindən etibarən 140 simvol məhdudiyyətini genişləndirəcək. İstifadəçilər hər hansı bir mətni yenə 140 simvol limitində yazacaq, lakin foto, GİF kimi paylaşımlar edərkən, simvol həddini ortadan götürəcək.

Bu da istifadəçilərin şəkil paylaşımlarında simvol haqqını istifadə etməməyə və daha uzun mətnlər yazmağa şərait yaradacaq.

May ayında ilk dəfə yayımlanan bu xüsusiyyət üçün Twitter-də bugünə qədər dəqiq bir tarix verilməmişdir. Lakin, şirkətdən gələn son məlumatlara görə Twitter-in bu limiti genişləndirməsi üçün istifadəçilər 19 sentyabra qədər gözləməli olacaq.

57d7beed0f25441468b285e2

İstifadəçi adları da simvol sayına aid olmayacaq.

Simvol limitinə daxil olmayacaqların içinə foto, anket və videolardan əlavə istifadəçilərin Twitter istifadəçi adları da daxildir. Yəni birini @ xxx şəklində, söhbət başladarkən, istifadəçi adı qismi hal-hazırda simvol limitini istifadə edərkən, 19 sentyabrdan sonra istifadəçi adlarını yazsanız da, simvol limitinə tabe olmayacaq.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: