Buradasınız
Hansı iPhone daha çox istifadə olunur? Texnologiya 

Hansı iPhone daha çox istifadə olunur?

Bu dəqiqə istifadə edilən iPhone modellərindən hansı daha çox istifadə olunur? Hansı sürünür?

Apple-ın iPhone 7-i təqdim etməsinin tam ardından, bir satış mütəxəssisi bu dəqiqə istifadə edilən iPhone-ların üçdə birinin üç yaşından çox olduğunu qeyd etdi.

Localytics şirkətinin etdiyi araşdırmalarda 100 milyondan çox iPhone-dan statistik verilənləri topladı. Bu araşdırmalara görə avqusta istifadə olunan bütün iPhone-ların 32 faizi 2013 və daha əvvəldə bazara çıxarılıb. Bundan əlavə, iPhone 5S 17 faiz istifadə edilməsi ilə bu modellər arasında ən populyar yerdədir. iPhone 4S və digər modellər tək rəqəmli fazilərə qalır.

İlk iki sıranı 2014 ilinin iPhone 6-ı və keçən ilin iPhone 6S-i 30 və 19 faiz ilə alarkən, 5.5 inch-lik iPhone 6 Plus və iPhone 6S Plus-lar 9 və 8 faizlərə qalır.

bestiphone_stuff

Apple-ın 4 inch-lik SE modeli isə 2 faiz istifadə olunur.

Köhnə iPhone modellərini istifadə edən müştərilərin Apple üçün bir önəmi var; yeni bir model bazara çıxacağı zaman Apple bu istifadəçilərin saylarına baxaraq, yeni modelin nə qədər satacağı barədə təxmin yürüdə bilirlər.

Amerikalı iPhone istifadəçilərini ağıllı telefonlarını dünyanın geri qalanına görə daha uzun istifadə edir; bu müddət ümumi dünyada 22 ay ikən, Amerikada 25 aydır.

 

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: