Buradasınız
Çörəkdə yumurta Qadın dünyası 

Çörəkdə yumurta

Xüsusilə səhər yeməyinizə fərqlilik qatmaq istəyirsinizsə bu resepti çox sevəcəksiz.

roll-ekmek-canaginda-yumurta

 

Ləvazimatlar

3 ədəd kiçik boy yumru çörək (arzuya görə qamburger çörəyi)
3 ədəd yumurta
2 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı kərə yağı
2 ədəd orta boy yaşıl bibər
2 dal təzə soğan
1 su stıkanı rəndələnmiş holland pendiri
1/4 çay qaşığı duz
1/4 çay qaşığı təzə çəkilmiş qarabibər

Hazırlanması

ekmek-canaginda-yumurta2

Çörəklərin üst hissəsi qapaq şəklində götürülür.İç hissə qaşıq köməyilə çıxardılır.Ortadan ikiyə böldüyünüz bibərlər yarım ay şəkində kəsin,soğanları incə bir şəkildə doğrayın.Zeytun yağı və kərə yağını tavada qızdırın sırasıyla yaşıl bibər və soğanları atıb bir az bişirin.Duzu və qarabibəri əlavə edib götürün.Soyumaq üçün gözlətdiyimiz bu qarışıma holland pendirini rəndələyib qarışdırın.İçini çıxartdığınız çörəklərin içinə bu qarışımı töküb üstünə yumurta qırın.Əvvəlcədən 180 dərəcədə isitdiyiniz sobada 20 dəqiqə bişirin və beləliklə yemək hazırdır.

ekmek

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: