Buradasınız
Gənc yaşda həyata vəda edən məşhurlar Film və Musiqi 

Gənc yaşda həyata vəda edən məşhurlar

Həyatlarının ən çox uğur qazanan vaxtındavə ya yeni məşhurlaşarkən qəzalar, xəstəliklər, narkotikdən həyatını itirmiş gənc məşhurlar…

Marilyn Monroe 36 yaş

4244986_orig

Avqustun 5-i Los Angeles-dəki evində ölü tapılmışdır. Ölüm səbəbi olaraq yüksək dozada sakitləşdirici qəbul etməsidir. Əvvəlcə ölüm səbəbi intihar olaraq düşünülmüşdür daha sonra isə cinayət olma ehtimalı da irəli sürülmüşdür. 8 abqust 1962-ci il tarixində 36 yaşında dəfn olunmuşdur.

James Dean 24 yaş

2jacket

Aktyordur. Hələ 24 yaşında həyata vəda etməsinə baxmayaraq bir çox insanın idealı olmuş və anısına mahnılar bəstələnmişdir. 1955-ci il sinema tarixinin ən yaraşıqlı 100 aktyorunu arasında 6-cı yerə layiq görülmüşdür. 30 sentyabr 1955-ci ildə Porsche 550 spyder ilə elədiyi qəza nəticəsində həyata gözlərini yummuşdur.

Jeff Buckley 31 yaş

p01bqln8

Musiqiçi, bəstəkar, söz yazarı… 29 may 1997-ci il tarixində qrup klip çəkmək üçün memphis tennessee-yə gedər. Klip mississippi çayı sahilində çəkiləcəkdi. Buckley çaya girər, dostları həmin vaxt əmələ gələn seldən gitaranı və radiyonu xilas edərlər. Geri baxdıqlarında Buckleyi görə bilmirlər. 4 iyun tarixində cəsədi bir turist çayın sahilində görər…

Heath Ledger 28 yaş 

heathledger_big

Qısa yaşamında aktyor 19 filmdə rol almışdır. Həyatı boyunca yuxusuzluq ilə mübarizə aparmışdır məşhur aktyor. Bu səbəbdən çoxlu dərman içmiş aktyor vəfat etmişdir.

Jean Harlow 26 yaş

151022_YMRT_Jean-Harlow.jpg.CROP.promo-xlarge2

1930-cu illərin məşhur aktrisası bir çox filmlərin axtarılan üzü idi. Ən çoxda Clark Gable ilə çəkdiyi filmlər zirvələrdə olmuşdur. Bu qədər uğura baxmayaraq, aktrisa böyrək və beyin xəstəliklərindən əziyyət çəkirdi. Nəfəs almaqda problem yaşayırdı. Və 26 yaşında beyin ölümü baş vermişdir.

River Phoenix 23 yaş

river-phoenix

Reklam filmləri ilə məşhurlaşmış, daha sonra filmlərin axtarılan üzü olmuşdur. 18 yaşında Oscar mükafatını son addımda ala bilməmişdir. Heyvanların qorunması üçün bir çox layihələrdə iştirak etmişdir. Narkotik maddənin çox istifadəsindən həyatını itirmişdir.

Amy Winehouse 28 yaş

amy3

Fərqli makyajları, geyimləri ilə tanınan müğənni narkotik və içkidən həddindən çox istifadə edirdi. Bu da ona həyatında bir çox problemlər yaşadırdı. 2011-ci ildə evində ölü olaraq tapılmışdır. Ölüm səbəbi isə hələ də bilinmir.

Barış Akarsu  28 yaş

barışş

2007-ci ildə öz ad gününü qeyd edən Akarsu avtomobil qəzası keçirir. Maşında olan Zeynep Koçak və Nalan Kahraman hadisə yerində vəfat etmişlər. Barış Akarsu xəstəxanay gətirilənd ürəyi dayanmışdır lakin həkimlərin səyi nəticəsində yenidən ürəyi atmağa başlamışdır. 5 gün komada qaldıqdan sonra 4 iyul tarixində vəfat etmişdi.

Aaliyah 22 yaş

aaliyah

Gələcəkdə Whitney Houston və Diana Ross qədər məşhur olacağı gözlənilirdi. Tez zamanda məşhurlaşmışdı. lakin 2001-ci ildə təyyarə qəzası nəticəsində həyatını itirmişdir.

Hüseyn Dərya 39 yaş

siaphoto_399291

2000-ci illərdə “Kef elə” ilə böyük rəğbət qazanmış azərbaycanlı reper. 14 mart 2014-cü il tarixində idarə etdiyi etdiyi avtomobilinin “KamAz”la toqquşması nəticəsində həyatını itirmişdir.

 

 

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: