Buradasınız
Whatsapp-da reklam dövrü başlayır! Texnologiya 

Whatsapp-da reklam dövrü başlayır!

Facebook tərəfindən alınan və hər keçən gün yenilənən Whatsapp tətbiqetməsi yeni bir reklam modelinə keçiş etməyə hazırlaşır.

Dünyada ən çox istifadə olunan anlıq mesajlaşma tətbiqetməsi olan Whatsapp qısa zaman sonra reklam almağa başlayacaq. Yəni, Whatsapp istifadəçilərinin qısa zaman sonra reklmalara görə narahat ola bilər və sırf buna görə bəlkə də, bir çox istifadəçi tətbiqetmələrini dəyişdirməyə qərar verəcək. Yaradılmasından bu yana reklam almayan Whatsapp istifadəçiləri tərəfindən bu mövzuda tam məmnunluq almışdır, amma Whatsapp tətbiqetməsi də bu reklam siyasətinə zəif düşərək, yaxın zamanda tətbiqetmə içində reklamlar yayımlamağa başlayacaq. Facebook-un alma hadisəsindən sonra, belə bir addım gözlənilirdi.

WhatsApp-Android-e1441334577402-930x704

Whatsapp, reklam işi üçün istifadəçilərə avtomatik olaraq mesajlar göndərəcək. Reklam məzmunlu mesajlar üçün isə indidən firmalar və reklam agentlikləri ilə görüşmələrə başlanıldı. Rəsmi olaraq bir açıqlama və tarix verilməsə də, bu reklam işi üçün ilk olaraq ABŞ-da yoxlanılacağı deyilir. Daha sonra isə digər bölgələr üçün işlərə başlanılacaq.

 

 

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: