Buradasınız
Çəkilişlərdə baş vermiş hadisələr Film və Musiqi 

Çəkilişlərdə baş vermiş hadisələr

Filmləri izlədiyimiz zaman çox səhnələr bizə adi, maraqsız gəlsə də bəzən oların çəkilişi zamanı maraqlı hadisələr baş verir. İndi bu hadisələrdən bəzilərinə nəzər yetirək.

 Shawshank Redemption

MTE5NDg0MDYzNzcxMTY2MjIz

Baş roldakı qəhrəmanların tanışdığı səhnədə Red bir tərəfdən Andy ilə söhbət edib bir tərəfdəndə əlində beyzbol topunu atıb tuturdu. Bu səhnənin çəkilişi zamanı Morgan Freeman-ın qolu tutulmuş və bir muddət qol asqısından istifadə etməyə məcbur olmuşdur.

 TheShining

the-shining

Rejissor Stanley Kubrick baş roldakı qəhərmanları öz istədiyi vəziyyətə salmaq üçün manipulyasiya etmişdir. Rejissorun təhqir edici sözlərini eşidən Shelley Duvall çəkilişlər zamanı ruhi və fiziki gərginlik yaşamış, saçları tökülmüş və göz qapaqları qurumuşdur. O ağlaya bilmək üçün çoxlu su içmək məcburiyyətində qalmışdır.

 The Possesion 

possession1

Filmin mövzusu lənətli Dybbuk qutusunun kiçik bir qızı ələ keçirməsidir. Filmin çəkilişi zamanı dəfələrlə işıqlar partlamış, ən vacib səhnələrin çəkilişi zamanı menfiye düşən dərəcələr azmış kimi geyimlər olan yerdə çıxan yanğın filmin lənətli olduğundan xəbər verirdi. Dybbuk qutusunun həqiqətən var olduğuna inanan komanda qutunun filmin çəkildiyi yerə gətirilməsinə etiraz etmişdir.

 The Omen 

The-Omen-2006-DI

Filmin baş rol aktyoru Gregory Perk-in oğlu çəkilişlər başlamamışdan 2 ay əvvəl vəfat etmişdir. Bundan sonra filmin bəzi səhnələri üçün kirayələnmiş təyyarə qəza etmiş, eniş zamanı bir avtomobilə dəymiş və həm təyyarədəki, həm də maşındakı sərnişinlər ölmüşdür.

Amityville Horror

amityville-horror (1)

 

Hekayənin gerçək olması azmış kimi 2005-ci ildə yenidən çəkilən filmin çəkilişi zamanı yaxınlıqda bir cəsədi dalğalar sahilə vurmuşdur. Bunnan başqa çəkiliş komandası üzvlərinin çoxu hər gecə 03:15-də təsadüfən yuxudan oyanırdılar. Bu saatda hekayədə cinnət keçirən atanın bütün ailəsini öldürdüyü saatdır.

Quantum Of Solace

Quantum-of-Solace-DI

Çəkiliş komandasındakı 29 yaşlı mühəndis Frase Dunn 300 min dollarlıq Aston Martin markalı maşınla İtaliyadakı Garda gölünə düşmüş və son anda həyatı xilas olunmuşdur. 6 gün sonra 40 yaşındakı dublyor Aris Comninos filmin çəkilişi zamanı bir aksiyon səhnəsində meydana gələn toqquşmada ağır yaralanmışdır.

Batman

gz8jHC (1)

Filmin Joker Swat komandasını izləyən səhnəsində bir tərslik yaşanmışdır. beləki həmin vaxt IMAX kameralarından biri parçalanmışdır. Bu kameranın qiyməti 400 min dollardır. Olduqca bahalı olan bu kameranın parçalanmasından ötrü çəkilişlərdə bir müddət problemlər yaşanmışdır.

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: