Buradasınız
Android 7.0 bu telefonlara yüklənməyəcək! Texnologiya 

Android 7.0 bu telefonlara yüklənməyəcək!

Əgər bu iki cihazdan birinə sahibsinizsə və Android 7.0 Nougat-i gözləyirsinizsə, sizə pis xəbərimiz var. 

Nexus 5 və yeni Nexus 7-ə sahib olanlar bugünə qədər Google-un yenilənmələrinin dadını çıxardılar. Ancaq Google-un yayımladığı siyahı ilə bu cihazların yenilənmə yolunun sonuna gəldikləri anlaşıldı.

Bir Google dəstək səhifəsində yer alan yenilənmə tarixləri siyahısı, Nexus 5 və Nexus 7 üçün Nougat yenilənməsinin “etibarlı oladığını” deyir. Bu “etibarlılığı” 2015-də itirən Nexus 5 və Nexus 7-in yenilənmə ehtimalı tamamilə ortadan qalxmayıb, amma telefonların Google-un siyahısında da yer almaması yenilənmə ehtimalının çox aşağı olduğunu göstərir.

test-Nexus-5-006

Bununla birlikdə Nexus 5 və Nexus 7 üçün hər şey bitməyib. Google 3 il boyunca təhlükəsizlik qarantiyası verdiyi üçün, bu cihazlar gələcəkdə də güvəndə olacaqlar. Phandroid-in ortaya çıxardığı yenilənmə planları, Android yenilənməsi ala bilməyəcək bir sonrakı telefonların Nexus 6 və Nexus 7 olacağını deyir. Bu telefonların yenilənmə qarantiyasının vaxtı oktyabr 2016-da bitəcəyindən, “Android O”-u böyük ehtimal, görməyəcəklər. Nexus 6P və Nexus 5X isə sentyabr 2017-ə qədər yenilənəcəyinə görə, Android Nougat-dan bir sonrakı böyük yenilənməni ala bilərlər.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: