Buradasınız
LG V20 Android 7 ilə gəlir! Texnologiya 

LG V20 Android 7 ilə gəlir!

Bu aralar ağıllı telefon sektoru fırtınadan öncəki səssizlik kimidir. IFA 2016-dan əvvəl firmaların yenilikləri səbirsizliklə gözlənilir. Yeni modellər və yenilənmələr gözlənilərkən, Google bir başqa xəbəri təsdiqlədi.

1472028688546

Sentyabr ayının ilk həftəsində gözlənilən LG  V20 modelinin texniki xüsusiyyətləri və dizaynı ilə əlaqəli detallar indiyə qədər mətbuatda yayılmadı. Ancaq əməliyyat sistemi ilə əlaqəli Google vacib bir detalı təsdiqlədi.

Android əməliyyat məsələsinin rəsmi internet saytında, LG V20 modelinin Android 7.0 Nougat əməliyyat sistemi ilə bazara çıxacaq ilk telefon olacağı açıqlandı. Qutusundan Android 7.0 Nougat ilə çıxacaq olan LG V20, bu mövzuda bir ilkə imza atacaq.

Əslində bu cihazın Samsung Galaxy Note 7 olması gözlənilirdi, ancaq gözləntilər boşa çıxdı. Hətta indidən Samsung Note 7 modelinin Android 7 əməliyyat sistemini alması üçün verilən ən tez tarix belə 2 ay sonranı göstərir. Yəni, Samsung o qatarı çoxdan qaçırıb.

Yeni model olan LG V20 Sentyabr ayının ilk həftəsində yayımlanacaq. Cihazın 14 sentyabr tarixində ön sifariş olunması, 23 sentyabr tarixində isə istifadəçilərin əlinə çatması gözlənilir.

 

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: