Buradasınız
Səpki və ləkələrə son Qadın dünyası 

Səpki və ləkələrə son

Üzdəki səpki və ləkələrdən bir çox qadın şikayətçidir.Bunları aparmağın bir neçə yolunu sizlərə təqdim etmək istəyirəm.

1.Limon suyu

Limon suyu təbii dəri ağardıcıdır və üzdəki ləkələri aparmağa kömək edir.Pambığı limon suyuna batırın və yalnız üzdə ləkə və ya səpki olan hissələrə çəkin.15-20 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.Uzun müddət üzdə tutmaq ziyandr.Limon suyu dərini qurutduğundan üzünüzü yuduqdan sonra nəmləndirici krem istifadə edin.

akne_izleri_nasil_gecer-1

2.Bal

Bal səpkilərin üzdə yol açdığı qizartıları yox etməkdə çox faydalıdır.Çünkü balın antibakterial xüsusiyyəti var və dərini rahatladır.Səpki olan yerə bal sürtməyiniz kifayətdir.Bal quru dərili xanımlar üçün idealdır.

sivilce_izleri_nasil_gecer-3

3.Buz

Buz iltihab yatışdırıcı xüsusiyyəti ilə səpki izlərini,qızartıları aparmaq üçün təbii bir çarədir.Buzu bir parçanın içinə qoyub ləkə olan yerlərə çəkin.Buz qabının içinə su yerinə yaşıl çay töküb dondursanız bu daha da xeyirli olacaqdır.

sivilce_izleri_nasil_gecer-4

4.Alma sirkəsi

Alma sirkəsi dərinin ph dərəcəsini sabitləməyə kömək edir.Ləkə və qızartıları aparma xüsusiyyəti var.Eyni miqdarda su ilə alma sirkəsini qarışdırıb ləkələrin üzərinə çəkin.Alma sirkəsini su ilə qatmamış üzünüzə çəkməyin.

sivilce_izleri_nasil_gecer-6

 

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: