Buradasınız
Bədən formanızı öyrənin Qadın dünyası 

Bədən formanızı öyrənin

Qadınların bədən forması bir neçə hissəyə bölünür.Siz hansı bədən formasına sahib olduğunuzu bilmirsinizsə burda sizinlə paylaşdığım məlumatlarla bunu öyrənə bilərsiniz.

1.Armud bədən forması

Bu bədən formasına malik olanların bədəninin üst hissəsi incə alt hissəsi isə daha böyük olur.Belə qadınların çox incə beli olur və belə bədən formasına malik xanımlar geyinərkən əsasən belinin incəliyini göstərəcək geyimlər geyinməyə çalışmalıdır.Bu bədən formasının tam necə olduğuna əmin ola bilmirsinizsə Rihanna,Beyonce,Jeniffer Lopezi xatırlayın.Alt hissəyə dar olan,çox rəngli paltarlardan qaçın.Üst hissəyə bol paltarlar geyinməyin.Daha dar və rəngli olan koftalar, üst geyimləri sizin üçün idealdı.

beyonce-u-muslumanlar-koruyacak-8191592_x_218_o

 

2.Tərs üçbucaq bədən forması

Geniş çiyinlər,normal bel,uzun və incə ayaqlar bu bədən formasının göstəriciləridir.Angelina Jolie,Demi Moore bu bədən formasına sahibdir.Geniş çiyinli kofta,üst geyimləri geyinməyin.Genişləyən şalvarlar,ətəklər geyinin.

an

3.Düzbucaqlı bədən forması

Bədənin üst hissəsi və alt hissəsi eyni genişlikdədir,ayaqlar incədir. Cameron Diaz və Gwyneth Paltrow bu bədən formasına sahibdir.V formalı koftalar və ya donlar sizin seçiminiz olmalıdır.Aşağı belli şalvarlardan qaçın.Düz forma ətəklərə üstünlük verin.

cameron_diaz_ilk_kez_bir_film_icin_soyundu_h56597

4.Qum saatı bədən forması

İncə belə, düzgün ayaqlara və xırda sümüklərə sahibdirlər.Sophia Loren bu bədən formasına sahibdir.Büzgülü paltarlar belinizi vurğulayar ona görə də belə paltarlar sizin seçiminiz olmalıdır.Aşağı belli şalvarlar sizin üçün bir seçim olmalıdır.Üst hissəyə geyindiyiniz kofta və s. bədəninizə tam oturmasına diqqət edin.Dar paltarlar geyinməyin.

SummerSophiaLorenbeach

5.Almaz bədən forması

Çiyinlər incə,alt hissə geniş,baldırlar sərt olur.Salma Hayek bu bədən formasına sahib məşhurlardandır.Alt hissəyə doğru genişləyən pencəklər sizin üçün idealdı.Bədəninizə tam oturan koftaları seçin.Rəngli və parlaq paltarları seçin.

salma-hayek-6733

6.Oval bədən forması

Geniş döş qəfəsi,yumru bir alt bölgə,düzgün ayaqlara sahib olurlar.Bu o deməkdir ki ayaqlarınızı rahatlıqla göstərə bilərsiniz.Kate Winslet və Elizabeth Hurley bu bədən formasına sahibdirlər.V forma paltarlar boynunuzu incə göstərər.Üzərinizə tam yapışan paltarlardan uzaq durun.Daha çox diqqəti ayaqlarınıza yöməltməyə çalışın.İncə,uzununa xəttləri olan paltarları seçin.Açıq rəngli paltarlar seçiminiz olmalıdır.

vt_15

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: