Buradasınız
HTC 10 və One A9 üçün yeni yenilənmə! Texnologiya 

HTC 10 və One A9 üçün yeni yenilənmə!

HTC təhlükəsizlik məqsədilə yeni bir yeniləmə başlatdı. HTC 10 və One A9 modelləri üçün yayımlanan yeniləmə son zamanların təhlükəsizlik problemlərinə qarşı yeni önləmləri özündə saxlayır.

Google və Android iş ortaqları keçən ildən bu tərəfə nizamlı olaraq yayımladıqları təhlükəsizlik məqsədli yeniləmələrinə davam edir. Milyonlarla Android telefonları təhdid edən Stagefright probleminin yanında, qısa zaman əvvəl Qualcomm sistemli Android cihazlarını təhdid edən QuadRooter adlı yeni bir təhlükəsizlik problemi daha ortaya çıxdı.

İyul və Avqust aylarında təhlükəsizlik təkmilləşdirmələri

HTC, One A9 və təpə modeli HTC 10 üçün təklükəsizlik məqsədli yenilənmə başlatdı. Yeni yüklənmə paketi həm iyul, həm də avqust aylarının təhlükəsizlik yenilənmələrini özündə saxlayır.

Yenilənmənin QuadRooter probleminə qarşı təkmilləşdirmələrə yer verilin verilməməsi indilik bilinmir, lakin bəzi Android istehsalçılarının ütəhlükəsizlik təhdidləri üçün çalışmalara başladığı rəsmi olaraq açıqlandı.

HTC 10 VƏ One A9 modelləri üçün yayımlanan yenilənmə OTA (şəbəkə) üzərindən istifadəçilər ilə görüşür. Bu dəqiqə Amerikada yayımlanan yeni yüklənmə paketinin qısa zaman içindəbütün dünyada təqdim ediləcəyi bildirilir.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: