Buradasınız
Norveç benzin və dizellə işləyən avtomobilləri qadağan edəcək! Avtomobil 

Norveç benzin və dizellə işləyən avtomobilləri qadağan edəcək!

 

Norveç hökuməti iqlim dəyişikliyi mübarizədə önəmli qərar almağa hazırlaşır. 2025 ilindən etibarən benzin və dizel yanacaqları ilə çalışan avtomobil satışına qadağa gələcək.

fuel-injector-cleaning

Norveçin öndə gələn partiyaları 2025-ci ildə benzinlə işləyən avtomobillərin satışını qadağan etmək mövzusunda ortaq qərara gəldi.

Norveç Parlamentinin nəqliyyat komitəsinin sədri Nikolai Astrup bu mövzuda ortaq qərara gəlindiyini qeyd edib. “Beynəlxalq Nəqliyyat Planı”-ın önümüzdəki yaz aylarında parlamentdə dəqiqləşməsi gözlənilir.

Quru, dəniz və hava yollarında ətraf mühiti qoruyan münasibət

“Beynəlxalq Nəqliyyat Planı” quru yollarından əlavə, digər yollarda da ətraf mühiti qoruyan münasibət gətirir. 2030 ilindən etibarən dənizə endiriləcək bütün gəmilərdə elektrikli motor məcburi olacaq.

Təxminən 5 milyon əhaliyə malik olan Norveç, “ətraf mühitçi” siyasətləri ilə diqqət çəkir. Norveç əhalisi ilə müqayisədə ən çox elektrikli avtomobil satan Avropa ölkəsidir. Maşın yoluna çıxan avtomobillərin 15%-i elektriklə işləyir.

 


Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: