Buradasınız
Yayımı qadağan edilmiş filmlər Film və Musiqi 

Yayımı qadağan edilmiş filmlər

A Clockwork Orange

clockwork-horror

Anthony Burgess-in romanının motivləri əsasında çəkilmiş filmdir. Alex adlı gəncin işlədiyi bir çox cinayətdən sonra tutularaq, polislər tərəfindən beyni təmizləkdindən sonrakı həyatından danışır. İnsan dəyərlərini dəyişdirən bir kitabın Kubrick üsulunda çəkilməsi çox insanı narahat etmişdir. İngiltərə, İspaniya, Sinqapur kimi ölkələrdə yayımı qadağan dilmişdir.

Life od Brian 

lifeofbrian1

Dini Hollywood filmlərinin parodiyası kimi çəkilmiş bir filmdir. Bəzi ölkələrdə dini dəyərləri təhqir etdiyi üçün qadağan edilmişdir. Lakin müəyyən zaman sonra film məşhurlaşmışdır. Norveç, İrlandiya, Sinqapurda yayımı qadağan edilib.

The Exorcist

exorcist-1-1050x591

Film Oscara 10 sahədə namizəd oldu və 2 mükafat aldı. Qızıl Kürə mükafatlarında “Ən yaxşı film” ilə birlikdə 5 mükafat aldı. Filmin montajı zamanı hörümçək gəzişi səhnəsi insanlar üçün ağır olacağından filmdən çıxarılmışdır. Malazya, İngiltərə, Sinqapurda yayımı qadağandır. Film çəkilişi zamanı 2 dəfə yanğın olub. İşıqçı ölüb, 3 oyuncu insult keçirmiş, baş rol oyunçusu yataqdan yıxılıb qolunu qırıb, geyimlər oğurlanmışdır.

Freaks

freaks_1932_schlitzie_still

Qorxu filmidir. Filmin rejissoru filmdə paltar və makyajdan istifadə etməkdənsə, filmdə həqiqətən əngəlli insanları oynatmışdır. Bu da bəzi ölkələrdə narazılığa səbəb olmuşdur.

The Texas Chain Saw Massacre

The-Texas-Chain-Saw-Massacre-4

Filmin original versiyasında gerçəkçi səhnələri ilə insanları şok etmişdir. Ən yaxşı qorxu filmlərindən biri sayılır. Film real həyatda olan hadisədən götürülmüşdür. ABŞ-da 1947-1957-ci illərdə Ed Gein tərəfindən baş vermiş cinayətlərə bənzər hazırlanmış filmdir. Ed Gein-nin evindən insan dərisi ilə örtülmüş divanlar, çilçıraqlar, kəllə sümüyündən kasalar, insan dodaqlarından hazırlanmış boyunbağı tapılmışdır. Filmdəki kimi insan dərisindən hazırlanmış maskadan istifadə edirdi.

Evil Dead

165821573

Yayımı Sinqapur, İsveç, İrlandiya, İslandiyada qadağa edilmişdir. Filmdəki vəhşət və qorxu səhnələri çox narahatedici idi. Avropa bir firma qəbul edənə kimi ABŞ-da heç bir firma filmin nümayişini qəbul etməmişdir.

The Last House on The Left

The-Last-House-on-the-Left-DI-1

Film nümayiş olunduğu gündən etibarən şiddət və cinsəllik səhnələrinə görə narahatçılığa səbəb olmuşdur. İslandiya, Yeni Zellandiya və Norveç kimi ölkələrdə qadağa edilmişdir.

I Spit on Your Grave

i-spit-on-your-grave-iii-vengeance-is-mine

Film 2010-cu ildə Time tərəfindən tərtib edilmiş ən qorxulu 10 fil arasındadır. İntiqam filmidir. Finlandiya, Sinqapur, Malazya, Kanada, İslandiya, Norveçdə yayımı qadağandır.

Salo, or the 120 days of Sodom

Salo2

Film nümayiş olunan gündən bu yana şiddət, yüksək sadizmlə həmişə mübahisə yaratmış, bugünə qədər çəkilmiş ən narahatedici filmlərdəndir. Nümayişdən bir müddət sonra rejissoru Pasolini öldürülmüşdür. Yayımı qadağan olunmuş ölkələr: İtaliya, Finlandiya, Avstraliya, Almaniya, Yeni Zellandiya, Norveç.

Cannibal Holocaust

Cannibal-Holocaust1

Filmdə öldürülənlərin həqiqətən öldürüldüyü iddia edilmişdir. Bundan başqa filmin qadağa olma səbəbi çox heyvanın kamera qarşısında əziyət edilib öldürülməsidir. Filmin Milanodakı ilk nümayişindən sonra rejissor Deodato həbs edilmişdir. Avstraliya, Sinqapur, Malazya və müxtəlif illər ərzində İtalya, İngiltərə, İslandiya,Norveç, Finlandiya, Yeni Zellandiya kimi ölkələrdə nümayişinə qadağa qoyulmuşdur.

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: