Buradasınız
Nokia Android telefonu ilə geri dönür! Texnologiya 

Nokia Android telefonu ilə geri dönür!

Bir zamanların əfsanəsi olan Nokia bu il Android telefonları ilə yenidən telefon bazarına qayıdacağını açıqladı.

Ağıllı telefonlarla tanış olmadığımız vaxtlarda ən uğurlu istehsalçılardan olan Nokia, Android qatarını qaçırdıqdan sonra Microsoft ilə sözləşmə edərək Nokia markalı Windows Phone ilə çalışan ağıllı telefonlar istehsal etməyə başlamış, daha sonra isə tamamilə Microsoft adına keçirmişdir.

Nokianın Microsoft-a satılmasının ardından şirkət edilən sözləşməyə görə bir müddət ağıllı telefon bazarında yer almayacaqdı. Bu sözləşmənin vaxtının bitməsinə az zaman qaldıqca, Nokianın Android telefonlarından xəbərlər gəlir. Şirkət gğzlənilən xəbəri verərək rəsmi olaraq telefon sektoruna geri döndüyünü açıqladı.

nokia-android-telefonuyla-geri-donuyor--2345392

Nokia Çin komandasından Mike Wang, bu ilin son 4 ayında Android əməliyyat sistemi ilə çalışan Nokia markalı ağıllı telefonlarını təqdim edəcəyini təsdiqlədi.

Bugünə qədər ortaya çıxan sızıntı xəbərlərdə Nokianın cəmi 4 fərqli model üzərində çalışdığı düşünülürdü. Son məlumatlara görə şirkət, bu il sonuna qədər iki modelini təqdim edəcək və digər iki modelini isə 2017-in başlarında təqdim edəcək.

Görək, Nokia uzun zamandan sonra yenidən əvvəlki gücünü qazana biləcək?

 

 

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: