Buradasınız
LG G5 üçün Android 7.0 Nougat Beta Proqramı başladı Texnologiya 

LG G5 üçün Android 7.0 Nougat Beta Proqramı başladı

LG-nin yeni modeli olan G5 üçün Android 7.0 Nougat Beta-nın ilkin baxışı Cənubi Koreyada başladı.

LG-nin dünyanın ilk modullu ağıllı telefonu olaraq təqdim etdiyi bu ilki LG G5 yaxın zamanda Android 7.0 Nougat yenilənməsini almağa hazırlaşır.

Sürətli bir şəkildə G5 modelinə yenilənmə vermək istəyən LG, öz ölkəsi Cənubi Koreyada Android 7.0 Nougat ilkin baxış seriyasını başlatdı. LG G5-də Android 7.0 təcrübəsində xətalar olsa da, daha tez istifadə etmək istəyən Cənubi Koreyalı istifadəçilər, Play Stoore-dan LG OS Preview adlı tətbiiqetməni yükləyərək istifadə edə bilirlər. Beta proqramına daxıl olacaq istifadəçilər isə LG tərəfindən seçiləcək və ilk mərhələdə 2000 insan LG G5-də Android-in yeni versiyasından istifadə etmək şansı qazanacaq.

lg-g5-review-7

 

Google, əməliyyat sistemini istehsalçılara əvvəlcədən beta olaraq təqdim etsə də, Samsung və LG kimi şirkətlərdə bu tərzdə beta proqramları ilə rastlaşmırdıq. Ancaq təxminən 3 ildir ki, yenilənmələrini sürətlə yayımlayıb, yaranan problemlər səbəbi ilə geri çəkmək məcburiyyətində qalan LG, dəqiq yenilənmə mövzusunda pis xüsusiyyətini düzəltmək istəyir.

LG G5 üçün Android 7.0 Nougat versiyası böyük ehtimalla gələn ay içində yayılacaq. Yenilənmə mövzusunda sürətli davranan LG-in G4 və V10 modelləri üçün də Android 7.0 Nouqat versiyasını bu il sonuna qədər verəcəyi təxmin edilir.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: