Buradasınız
Cizgi filimlərin bilinməyən tərəfləri Film və Musiqi 

Cizgi filimlərin bilinməyən tərəfləri

Cizgi film seyr etmək insanlara sevinc verən birşeydir. Lakin biz onları seyr edərkən bizə verdikləri mesajları uşaq vaxtı başa düşə bilmirdik. Cizgi filmlərin çoxunun arxa planında başqa məsələlər varmış…

Caillou 

hqdefault

Filmin baş qəhrəmanı Caillou “qan xərçəngi” xəstəsidir. Ömrünün son günlərini yaşayır. Ailəsi də çalışır ki, son günlərini yaxşı yaşasın və hər şey onun istədiyi kimi olsun.

Smurfs

smurfs-lost-village-animated-movie-image-gallery

Onların kommunist olduqları iddiaları irəli sürülür. İngiliscə adları qızıl bayraq altında yaşayan balaca adamlardır. Kənddə ibadət yerinin olmaması, kominal yaşamaları, hərkəsin öz vəzifəsinin olub bütün işləri biryerdə görmələri və puldan istifadə etməmələri bunu təsdiqləyir. Gargamel isə həmin cəmiyyətə qarşı olan kapitalizmi təmsil edir.

Scooby Doo

qizozltuxpctb8e2bnhi

Cizgi filmin diqqət çəkən məqamlarından biri Shaggy-nin Scooby ilə danışmasıdır. Başqaları onunla danışmazkən Shaggy çox danışır. Bundan başqa o hər şeyi yeyir. Bunlarda yola çıxaraq əslində Shaggy-nin narkotik istifadəçisi hippi olduğu ehtimalı yaranır.

Sponge Bob

SpongeBob_SquarePants_characters_cast

 

 

Aparılan araşdırmalardan sonra cizgi filmin uşaqlarda pis vərdişlər yaratdığı təsdiqlənmişdir. Buradakı hər bit xarakter bir günahı təmsil edir: Təmbəllik-Patrick, Qəzəb- Squidward, Qısqanclıq- Plankton, Acgöz- Gary, Özündən razılıq- Sandy, Şəhvət- Spongebob

Mickey Mouse

5823-puzzle-mickey-mouse-club-house-100-piezas_1920x1080.0.0

Walt Disney-in siçan qorxusu vardı. Həkim ona bu qorxunun öhtəsindən gəlməsi üçün sevimli siçan şəkilləri məsləhəy görür. Bu müalicənin axırında isə çox sevdiyimiz Mickey Mouse ortaya çıxdı. Bundan başqa filmdəki ördəyin aşağı ətrafında paltar olmadığı üçün bir çox ölkələrdə qadağa olunmuşdur.

Tweety

tweety-bird-clip-art-unwdZW-clipart

Bir çoxumuz kirpiklərinin uzun olmasından, rəngindən Tweety-nin qız olduğunu düşünürük. Lakin o oğlandır. Bunun da sübutu odur ki, o bir seriyada dişi bir quşa aşiq olur.

Beauty and the Beast

Beast_KH

 

Baş roldakı qəhrəman əslində 7 heyvandan düzəldilmişdir. Məsələn, gövdəsi ayıdan, gözləri insandan, saqqalı və başı boğadan, qaşı isə qorilladan alınmışdır.

 

 

 

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: