Buradasınız
iPhone 7 haqqında bilməniz lazım olan hər şey! Texnologiya 

iPhone 7 haqqında bilməniz lazım olan hər şey!

Şirkətə yaxın olan qaynaqlara istinad edilərək ortaya sürülən iddialara görə, Apple iPhone 7-i 7 sentyabrda təqdim edəcək. Bəs yeni iPhone 7 modeli nə kimi yeniliklərlə həyatımıza girəcək?

,uI7y9xIemUiZjlIMnIbk1g

iPhone 7 Plus yeni bir rəng ilə gəlir. Yeni iPhone ilə əlaqəli son sızan məlumatlara görə, iPhone 7 “Space Black” , yəni “Kosmos qarası” rəng seçimi ilə gələ bilər.

,8X1sy1aHoUygxhGSSwa7Nw

Hər zamankı kimi Apple iPhone 7 çıxana qədər məlumat vermək istəmir. Ancaq bu model haqqında sızıntılar ard-arda gəlməyə başlayır.

,5Lei3-cMUEKW1Wt5I8BZxA

Budur, iPhone 7 haqqında bilməniz lazım olan şeylər…

,TdwHkcFgoUiePVa8qLRvFw

Yeni iPhone (iPhone 7 ve iPhone 7 Plus) modellərində qulaqcıq girişi olmayacaq.

,RCA3Z40WZkOhP3cgyRM8ew

iPhone 7-ə gələcək yeni xüsusiyyət patent aldıqdan sonra ortaya çıxmışdır.

,zdE9Zo5FqEiKUly9NUJZ-A

ABŞ mərkəzli patent institutu Apple-ın Apple Watch-dakına oxşar bir düymə üçün 2014-də etdiyi müraciətdən müsbət cavab aldığını elan etdi.

,s5tYWoXEEE6ZK4FIGj_Yhg

Bu xəbərin ardınca iPhone-a yeni bir düymə gələcəyi xəbərləri də tez-tez dilə gətirilməyə başladı.

,IUM1cf3K6kiv7qSwz0ljCA

Başqa bir iddiaya görə isə, cihazda 16 GB seçimi olmayacaq. Bundan əlavə, iPhone 7 Plus-da 3 GB RAM olması gözlənilir.

,lrBtT54WIkOBe5mnEh5vwg

ABŞ mərkəzli şirkət ağıllı telefonlarda gerçəklik xüsusiyyətinin də patentini son aylarda rəsmi olaraq almışdır.

,TdwHkcFgoUiePVa8qLRvFw

Apple-ın aldığı bu patentin yaratdığı xüsusiyyətin Sentyabr ayında təqdim edilməsi gözlənilən yeni iPhone modelində yer alacağı da son vaxtlar dillərdə gəzir.

,GSbKKiVBWkayVyF3ovkATQ

Android əməliyyat sistemi ilə çalışan bəzi ağıllı cihazlar uzun bir müddətdir ki, kabelsiz şarj xüsusiyyətinə sahibdir. Yeni modellərdə bu xüsusiyyətin olmasına mümkün gözü ilə baxılır.

,9l16NU64XEWHEVU2ObB6Gw

Bir başqa iddiaya görə, yeni ağıllı telefonun kamerası müthiş özəlliklər daşıyacaq. Hətta fotoqraflıqda yeni bir yol açacağı da gözlənilir.

,kQQ8K_B6ZkOUDfydr5DkZA

Apple illər sonra 1 GB RAM-dan imtina etdi və iPhone 6S və üzəri modellərdə 2 GB RAM xüsusiyyətində istifadə etdi.

,kQQ8K_B6ZkOUDfydr5DkZA

Sızıntılar da olduqca inandırıcı mənbə olan Ming-Ci Kuo şirkəti iPhone 7 Plus-da 3 GB RAM xüsusiyyətinə yer veriləcəyini deyir.

,q_faakiabECweBmdj4AIpA

Bu söz-söhbət hər il olduğu kimi bu il də dilə gətirilir. iPhone 6 və iPhone 6S-də istifadə olunan Aliminium 7000 seriyası telefonu yetəri qədər sağlamlaşdırır.

,E3m6n3Pe90WrljQUy-tWZQ

Çıxacaq olan modelin daha sağlam və su keçirməz olduğu deyilir. Çünki bu sahədə Samsung, Apple-dan olduqca irəlidədir.

,WT0vMbxlYUS5st-UZ19wbQ

Bildiyiniz kimi iPhone modelləri hər nə qədər sertifikata sahib olmasa da, digər modellərə görə suya qarşı olduqca davamlıdır.

,TWJ4Vsb3fk-dRWcSh9R8Wg

iPhone 7-nin incəliyindən əlavə, incə çərçivələr təqdim edən yeni bir ekran texnologiyası ilə gələcəyi deyilir.

,k9f3_YWChEiw0em50FznZg

Deyilənlərə görə, iPhone 7 və 7 Plus-un SanDisk və ya Toshiba tərəfindən təmin edilən sürətli 3D NAND flaş kimi yeni bir xüsusiyyəti ola bilər.

2016081617193610872

Məhsulun Azərbaycandakı satış qiyməti və çıxış tarixinə aid isə hələ ki, heç bir məlumat yoxdur.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: