Buradasınız
Yeni Honda NSX gəlir!!! Avtomobil 

Yeni Honda NSX gəlir!!!

Avropa’da sifarişləri alınmağa başlanılan yeni NSX’in limitləri McLaren – Honda pilotu Fernando Alonso tərəfindən yoxlandı.

AmAve_1467986861_9831

Honda’nın Marysville-Ohio’da yerləşən Performance Manufacturing Centre (PMC)’da istehsal olunan yeni Honda NSX, McLaren-Honda Formula 1 komandasının ulduzu Fernando Alonso tərəfindən Portuqaliya’dakı Estoril Pistində test edilib.

Təslimatına payızda başlanması planlanan 3,5 litrlik V6 silindirli cüt turbo və üç elektromotorlu hibrid sistemə malik olan NSX’i idarə edən dünya çempionu pilot Alonso belə dəyərləndirdi:

TDo4g_1467986753_654

“Sürüş hissi və performans baxımından müqayisə edəcək olsam ən çox əyləc(tormoz) performansından təsirləndim”

Honda’nın yeni hibrid sport avtomobili gücünü, uzunlamasına yerləşdirilən cüt turbo ilə qidalanan V6 silindirli DOHC motordan alır. Bu güc, doqquz nisbətli cüt qavramalı avtomatik transmissiya tərəfindən təkərlərə çatdırılır. Ayrıca, motor ilə transmissiya arasına sürətlənmə, əyləc(tormoz) və sürət qutusunda edilən dəyişikliklərində performansı artıran bir elektromotor inteqrasiya edildi. Bunlara əlavə olaraq ön aksta bir-birindən əlaqəsiz işləyən və anlıg olaraq yüksək tork istehsal edən iki ədəd yüksək performanslı elektromotor yerləşir. Sistem cəmi 581 HP(at gücü) güç istehsal edir.


Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: