Buradasınız
HƏFTƏNİN MOBİL OYUNLARI – 14 AVQUST Oyun 

HƏFTƏNİN MOBİL OYUNLARI – 14 AVQUST

Mobil telefonunuzda oynaya biləcəyiniz yeni çıxan oyunları sizin üçün bir araya topladıq. Görək, bu siyahıda hansı oyunlar var?

Oyun sektorunun mobil telefonlara doğru yönəlməsindən sonra, bir-birindən keyfiyyətli oyunlar iOS, Android və Windows Phone platformaları üçün yayılmağa başlayıb.

Həftənin ən yaxşı və ən yeni mobil oyunları

Championship Manager 17

İdman oyunlarını sevənlər üçün mobil oyun bazarının alternativlərindən olan Championship Manager 17, çox uğurlu bir futbol menecerliyi oyunudur. Sadəcə 44 MB ölçüyə malik olan oyun, detallı görünüşü ilə önə çıxır.

SQUARE ENIX firmasının yeni oyunu olan Championship Manager 17, həm Android, həm də iOS platformaları üçün pulsuzdur. Çox təəssüf ki, Windows Phone üçün mövcud deyil.

Modern Strike Online

14 Avqust həftəsinin macəra oyunu olan Modern Strike Online, uğurlu qrafikləri ilə diqqətləri öz üzərinə çəkir. Adından da anlaşıldığı kimi online bir oyun olan Modern Strike Online 190 MB ölçüyə malikdir.

Game Development firması tərəfindən ortaya çıxan Modern Strike Online, sadəcə Android platforması üçün pulsuzdur. Təəssüf ki, iOSWindows Phone platformaları üçün mövcud deyil.

LEGO Star Wars: TFA

Star Wars sevənlər üçün yaradılmış LEGO Star Wars: TFA seriyanın 7-ci filmi olan The Force Awakens-ın mobil oyunudur. Uğurlu LEGO istehsalı olan oyunun ölçüsü 1.03 GB-dır.

Warner Bros. firması tərəfindən yaradılan  LEGO Star Wars: TFA, həm Android, həm də iOS platformaları üçün pulsuzdur. Çox təəssüf ki, Windows Phone üçün mövcud deyil.

Steppy Pants

Həftənin ən qəribə oyunlarından olan Steppy Pants, arcade tipində bir gəzmə simulyasiya oyunudur. Uğurlu qrafikləri ilə diqqətləri ələ almağı bacaran Steppy Pants, S Games PTY firması tərəfindən yaradılıb.

asda

Sadəcə 55 MB ölçüdə olan Steppy Pants, həm Android, həm də iOS platformaları üçün pulsuzdur. Təəssüf ki, Windows Phone üçün mövcud deyil.

LEGO Ninjago WU-CRU

Həftənin bir digər LEGO oyunu olan LEGO Ninjago WU-CRU, macəra tipində oyunları sevənlər üçün olduqca uğurlu bir seçimdir. Çox sadə oynanılmaya sahib olan oyunun ölçüsü isə təxminən 89 MB-dır.

LEGO System A/S tərəfindən istehsal olunan LEGO Ninjago WU-CRU, həm Android, həm də iOS platformaları üçün pulsuzdur. Təəssüf ki, Windows Phone üçün mövcud deyil.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: