Buradasınız
Ən çox gəlir gətirən ilk 10 film Film və Musiqi 

Ən çox gəlir gətirən ilk 10 film

Film  izləmək dünyanın ən gözəl və faydalı ola biləcək vaxt keçirmə yollarından biridir.Möhtəşəm effektlər,professional aktyorluq bacarıqları, adrenalin dolu səhnələr,düşündürücü fikirlər bizi filmlərdən ayıra bilmir. İllər keçdikcə film sektoru da inkişaf edir.Nəhəng əjdaha və dinozavrlar evimizə qonaq olur.Belə olan halda isə,filmlərə olan baxış sayı da durmadan artır.Bu rəqabət sayəsində son illərdə bir-birindən fantastik filmlər ərsəyə gəlmişdir.Bu filmlər içərisində ən çox gəlir gətirən 10 film bunlardır:

10.”İron Man 3″ (1.21 milyard dollar)

maxresdefault

“İron man” sevənlər və tamaşaçı kütləsini əldə saxlamaq üçün “İron MAn 3” filmini fərqli şəkildə hazırlamaq ağıllı strategiya olub.Film vizyona girməmişdən qabaq 2013-cü ildə, sosial mediada film haqqında şayələr gəzməyə başlamışdı .

9. “Frozen” (1.27 milyard dollar)

frozen-2-karlar-ülkesi

Ən çox gəlir gətirən animasiya filmidir. Həmçinin ABŞ-da ən çox satılan DVD-lər arasında 1-ci yeri tutur. Filmin çox sevilməsinin əsas səbəbi uşaqlardan çox, böyüklərə də xitab etməsidir.

8. “Harry Potter and the Deathly Hallows part 2″(1.3 milyard dollar)

harry-potter-ve-olum-yadigarlari-2-turkce-dublaj-izle-tek-part-430

Film 2011-ci ildə vizyona girəndə film sevənlər bunun son seriya olduğunu bilirdi. Harry Potter fanları əvvəlki iki filmə də böyük həcmdə pul qazandırmışdır.

7. “Avengers: Age of Ultron” (1.4 milyard dollar)

avengers__age_of_ultron_poster_wallpaper_by_davidsobo-d7pty8u-1000x576

“Avengers”-in ikinci filmidir. Məşhur aktyorları filmi daha da zənginləşdirmişdir: Robert Downey Jr., Chris Hemsworth, Mark Ruffalo, Scarlet Johansson, Chris Evans, Jeremy Renner və Samuel L. Jackson. Filmin qazandığı uğura baxılarsa, davamı olacağmış kimi görünür.

6.”Fast Furious 7″(1.514 milyard dollar)

hizli-ve-ofkeli-7-full-tek-parca_9053146-0489_1280x720

Filmin çəkilişləri davam edərkən ,Paul Walker öz maşınıyla etdiyi qəzada həyatını itirmişdir. Buna gördə də filmdə dəyişikliklər edilməli oldu və filmin çıxış tarixi ertələndi. Buna baxmayaraq film böyük izləyiciylə yüksək gəlir əldə etdi.

5.”The Avengers” (1.519 milyard dollar)

Wallpapersxl Rocky Balboa The Avengers Yenilmezler Vendetta 341635 1280x720

2012-ci ildə kinosevərlərə təqdim olunan film super qəhrəmanlar haqqında olan filmlərdən ən çox gəlir gətirənidir. “Avengers”-in davamı olan filmin 2019-cu ildə nümayiş olunacağı gözlənilir.

4.”Jurassic World” (1.6 milyard dollar)

jurassic-world-blu-ray-sweded-trailer

23 il öncə vizyona girən Jurassic Park filminin modern variantı olan film 2015-ci ildə ərsəyə gəldi və başlanğıc filminin rekordunu da geridə qoya bildi.

3. “Star Wars:The Force Awakens” (1.8 milyard dollar)

11976787_star_wars_guc_uyaniyor

“Star Wars”-ın ən çox gəlir gətirən filmidir. Gənc kinosevərlərin təkidi ilə filmin davamının olacağı da gözlənilir.

2.”Titanic” (2.2 milyard dollar)

titanic

 

Əfsanə səhnələri ilə hələ də yaddaşlarda qalan film 1997-ci ildə vizyona girməsinə baxmayaraq ən çox baxılan və sevilən filmlər arasındadır.Hərraclarda Titanic filminə aid əşyalar rekord qiymətlərə satılır.

1. “Avatar” (2.7 milyard dollar)

Avatar-Sucks

James Cameron “Titanic” ilə rekord qırdıqdan sonra, 2009-cu ildə öz rekordunu “Avatar” filmi ilə yenilədi. “Star Wars: The Force Awakens” filmi onu kölgədə qoyasa da hələki rekordu yeniliyə bilməmişdir.

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: