Buradasınız
“Oscar”-da son 20 il Film və Musiqi 

“Oscar”-da son 20 il

 

1997- The English Patient

Michale Ondaatje-nin eyni adlı romanının motivləri əsasında çəkilmiş filmdir. Sevginin, müharibənin hekayəsindən danışılır. Filmdə Hana-nın xəstəsinə bəslədiyi sevgi, Kip ilə yaşadığı  eşq, Almasy ilə Katherine-nin münasibəti  sevginin fərqli növlərini bizə göstərir.

the-english-patient

1998- Titanic

Her şey “Arzular Gəmisinin” yola düşməsi ilə başlayır. Bir neçə il Avropada qaldıqdan sonar Amerikya qayıdan rəssam Jack ilə anası, nişanlısı ilə Philadelphiya-ya gedən Rose təsadüf nəticəsində tanışı olurlar və aralarında sevgi başlayır. Lakin bu çox çəkmir gəmi yola düşdükdən 4 gün sonra 10 aprel 1912-ci il tarixində buz dağına çırpılaraq batır.

titanic

1999- Shakespeare in Love

1953-cü ildə  Will Shakespeare hər yazıçının başına gələ biləcək xəstəliklədən birini yaşayır. Son yazdığı “Romeo and Ethel”, “Quldurun qızı” komediyalarını qurtara bilmir. Depresiyaya girən yazıçı istedadını itirməyi haqqında düşünməyə başlar. Ümidi itən vaxt o, Viola ilə tanış olar və ondan ilham alaraq ən yaxşı sevgi hekayələrindən birini yazar.

shakespear in love

2000 – American Beauty

Lester Burnha ətrafındakı insanlar tərəfindən sevilmədiyini fikirləşir. Həyat yoldaşı Carolyn sanki ona nifrət edir. Qızı Jane ona fikir vermir, müdiri isə onu təhqir edirdi. Bunnan sonra Lester həyatında dəyişiklik etməyə başlar. Bu dəyişikliklərdən sonra o daha xoşbəxt olmağa başlayır ki, bu da onun həyat yoldaşı və qızını daha çox əsəbləşdirir.

american beauty

 

2001- Gladiator

General Maximus-un imperatorluq içərisində yüksəlməsi qarşısında qısqanclıq keçirən taxtın varisi Commodus general və onun ailəsinin öldürülməsi əmrini verir. Ölümdən çətinliklə qurtulan Maximus artıq kölə olacaqdır. Arenaya göndərilən Maximus orada gladiyator olaraq yetişdirilir. İllər sonra Romaya geri qayıdanda tək bir məqsədi vardır. Yeni İmperator Commodus-u öldürmək və həyat yoldaşı ilə oğlunun intiqamını almaq…

gladiator

2002 – A Beautiful Mind

John Forbes Nash gənc yaşlarında oyunlar nəzəriyyəsi üzərində yaratdığı məsələlərlə riyaziyyat dünyasının bir nömrəli adamı olur. Lakin qisa vaxt ərzində eqoistliyi və özünə olan həddən çox güvəni nəticəsində əmələ gələn şəxsi problemləri ilə başa şıxa bilməz vəziyyətə düşər. Dəlilik və dahilik arasında olan incə xəttdə dəlilik tərəfinə doğru gedər. Uzun müddət şizofreniya ilə savaşan edən riyazziyytçı illər sonra yenidən doğulmuş kimi Nobel mükafatı almağı bacarır.

a-beautiful-mind

2003 – Chicago

1929-cu ilin Chicago-sundayıq.Biri həyat yoldaşını, biri də sevgilisini öldürməklə günahlandırılan iki qadın həbxsanada tanışırlar. Bi müddət sonra içəridən çıxmağa qərar verirlər və bunun üçün cinayət işlərinə baxan ən məşhur vəkildən kömək istəyirlər…

chicago

2004-The Lord of the Rings The Return of the King

Qiyamət günündəymiş kimi yaşayan Orta Dünyada, Üzük Müharibəsinin  son və ən böyük savaşına xoşgəldiniz. Bir yanda güvənilməz Gollom-un rəhbərlik etdiyi üzük daşıyıcısı Frodo və Sam, Mordor-u tapıb üzüyü yox edəcəkləri tək yerə aparmağa çalışırlar. Digər tərəfdən Rohan atlıları və Ent-lərlə işbirliyi edərək Saruman-a qalib gelmiş Gandalf, Aragorn və digər dostlar Qaranlıqlar lordunun təhdidi altındakı Gondor-a çatıb özlərini qorumalıdırlar.

lord-of-the-rings-return-of-the-king-poster-

2005- Million Dollar Baby

Həyatı rinqlərdə keçmiş Frankie, saysız boksçu yetişdirmiş bir məşqçidir. Yetişdirdiyi bütün boksçular onun proqramı ilə öyrədilir; əvvəlcə özünüzü qoruyun. Bu əslində Frankie-nin həyat fəlsəfəsidir. Həyatında ona yaxın olan tək adam köhnə boksçu Eddie-dir. Bir gün salondan içəri Maggie girir və Frankie-nin beten həyatı dəyişir…

million-dollar-baby-cover-2004-636-380

2006 – Crash

Bir en qadını və narkotikə bağlı yaşayan həyat yoldaşı,bir-birinə aşiq olan iki polis işçisi, Afrika-Amerikalı bir rejissor və həyat yoldaşı, Meksikalı bir çilingər, iki maşın oğrusu, orta yaşlı Koreyalı çift ve bir polis. Los Angeles-də bir-birindən xəbərsiz yaşayan bu insanları biraraya nə gətirər?

crash-cover

2007 – The Departed

Cinayətkarlarla polislər arasında əmələ gələn qarışıq satqınlıq… Mafya lideri Costello, illər əvvəl öz amlarını polis akademiyasına göndərərək onların təşkilat içərisində yaxşı yerlərə gəlmələrinə şərait yaratmışdır. Polis təşkilatının da bu barədə Costello-dan geri qalmır. Onlarında çox güvəndikləri adamlarından biri, Costello-nun ən yaxşı iki adamından biri olmuşdur. Lakin bu sirrin ortaya çıxması ilə hər iki satqın üçün ölüm-qalım savaşı başlayır…

The-Departed-Movie-HD-2006

2008- No Country for Old Men

Böyük narkotik maddə, iki milyon dollar pul və iki cəsəd…Pis gedən narkotik satışından geri qalan bu üçlükdən pulu götürərək qaçan Moss, ardınca gələn qanlı və şiddət dolu hekayə…

no-country-for-old-men_30262_4ea5fa772c058837cb0027d1_1320295952

2009- Slumdog Millionaire

Jamal Malik Mumbai-nin məhəllələrindən birindəv yaşayan 18 yaşında bir yetimdir. Hindistanda oynadığı bir yarışmada 20 milyon rupe qazanmasına sadəcə bir addım qalmışdı. Oyunun həmin gecəlik bitməsindən Jamal təhsilsiz birinin bu qədər böyük uğuru yalnız hilə yoluyla qazana biləcəyindən şüphələnib həbs olunur. Amma oyundakı hər sualın cavabıyla o gecə Jamal-ın inanılması çətin gerçək hekayəsi ortaya çıxar. Lakin sadəcə bir sual sirrini qoruyar…

millioner

2010- The Hurt Locker

Hərkəsin düşmən və həe əşyanın ölümcül bomba olduğu İraqda əsgərlər dünyanın ən çətin tapşırıqlarından birində yer alır. Müharibənin ostasında bombaları təsirsiz etməlidirlər. Komanda lideri William James həm bu bombalardan, həm də psixolojik hisslərlə savaşdadır. James-in iki əsgəri özünü savaşın ortasına atar. James isə onlara köməyə gedər. Yeni vəhşi liderini qorumağa çalışan adamlar şəhəri xaosa sürüklüyər.

the hurt locker

2011- The King’s Speech

İngilis kraliyyət ailəsinə qonaq olmağa hazırsınız? Atası 5.George-n ölümündən sonra Albert Frederick Arthur George tarixdəki adı ilə Kral George vı, məcbur kral olar. Çünki böyük qardaçı Edward Amerikalı Walis Simpson ilə bərabər ola bilmək üçün taxtdan əl çəkmişdir. Lakin yeni kralın ciddi bir problemi vardır. O ingilis xalqı qarşısında danışmaq üçün kəkələməməlidir. Bu vaxt Albert-i xalqına və Kraliyyətə hazırlamaq üçün avstriyalı danışma terapisti Lionel Logue gələr.

king speech

2012 – The Artist

1920-ci illərin sonunda Hollywood film sahəsini kökündən dəyişdirəcək bir vaxt yaşandı. Lakin film sahəsində  yaşanmış bu yenilik bir çox insanın peşəsinə dərindən təsir etdi. Həmin vaxtın məşhur aktyorlarından George Valentin də bu yenilikdən payına düşəni alır. Yolun başında olan yeni və gözəl aktrisa Peppy Miller-in isə tək düşündüyü şöhrətdir.

artist_primary

2013- Argo

1979-cu ildə Tehranda Amerikan səfirliyinə daxil olaraq 52 amerikalıyı girov götürürlər. O qarmaşadan qaçmağı bacaran 6 amerikalı Kanada səfirliyinə qaçmağı bacarır və həyatları hələ də təhlükədədir. Tony Mendez bu amerikalıları qurtarmağ üçün möhtəşəm plan hazırlayır…

argo

2014- 12 years a slave

1853-cü ildə Northup-ın qələmə aldığı və öz həyatını danışdığı romanın motivləri əsasında çəkilmiş filmdir. Northup ABŞ-da yaşayan azad, həyat dolu biriykən, pis insanlar tərəfindən qaçırılaraq 12 il boyunca qul olaraq işlədilmişdir. Sonda xilas olmağı bacardımı?…

slave

2015- Birdman

Birdman bir super qəhramandır. Birdman, Broadway oyunlarına dırmanma savaşını tək başına verir. Birdman, Broadway oyunlarının açılış gecəsinə yaxınlaşarkən ətrafdakı insanların özündən razılıqları ilə mübarizə aparır. Bir yandan Birdman ailəsini, kariyerasını və özünü toplamaqla mübarizə aparmaqdadır.

Birdman-Riggan

2016-Spotlight

Marty Baron iş axtararkən The Boston qəzetinə göndərdiyi cv qəbul edilir. İşini sevən Baron-un qəzerdə gördüyü rahiblərlə bağlı gördüyü xəbər diqqətini çəkir. Qəzetin araşdırma komandası olan Spotlight-ın bu mövzunu araşdıra bilməsi üçün Robby Robinson-dan icazə istəyər. Xəbər araşdırarkən baş vermiş hadisələrdə kilsədəkilərlə yanaşı dövlətin vacib insanlarınında olduğu ortaya çıxar. Lakin bunu sübut etmək üçün heç bir dəlil yoxdur.

635922830242827776-1113830753_Spotlight_affiche

mm

Günəş Abbasova

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: