Buradasınız
Instagram’ın yeni xüsusiyyəti Chrome’da! Texnologiya 

Instagram’ın yeni xüsusiyyəti Chrome’da!

İnstagram’ın Snapchat’dan ilham alaraq yaratdığı yeni Stories xüsusiyyət bu dəfə Google Chrome sayəsində kompüterlərə gəldi!

instagram

İnstagram’ın Snapchat oxşarı xüsusiyyəti Stories’in web’ə nə vaxt gələcəyi sual altında ikən, kimlərsə vəziyyətə çoxdan əl atıb artıq. Alec Garcia adlı bir proqramçı tərəfindən hazırlanan Chrome İG Story əlavəsi sayəsində istifadəçilər artıq həmin paylaşımları brauzerdə rahatlıqla görəcəklər.

Bir Google Chrome əlavəsi olan bu vasitə sayəsində İnstagram “hekayələri” eynən mobil tətbiqetmədə olduğu kimi görünəcək. Digər tərəfdən, əlavənin telefondakından nisbətən fərqli olduğunu da qeyd etmədən keçməyək.

unnamed

Bir profil şəklinə kliklədikdə bu istifadəçinin “Story”i ekrana gəlir və ardından aşaöı yuxarı oxların köməyilə baxa bilərsiniz. Amma, həmin anda gördüyünüz ekrandan çıxmadan, bir sonraki paylaşımı görməyiniz qeyri mümkündür.

Bunu da deyək ki, bu əlavənin telefondakı kimi rahatlıq vermədiyi ortada. İnstagram’ın Stories xüsusiyyətini rəsmi olaraq brauzerlərə verib-verməyəcəyini isa zaman göstərəcək.

mm

Nəzrin Quliyeva

Dövlət İdarəçilik Akademiyasında təhsil alır. maraq.az saytında Content-Manager və Landofcine layihəsində Front-end Developer işləyir.

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: