Buradasınız
Simit resepti Qadın dünyası 

Simit resepti

Salam xanımlar, çöldə yediyimiz simitlərə artıq yox deyirik.Özümüzün evdə rahatlıqla hazırlaya biləcəyi simit reseptini sizlərlə bölüşürəm.

simit

Vəsaitlər :

5 su stəkanı un

1 yumurta

Yarım çay stəkanı dur yağ

1 su stəkanı su

Yarım paket yaş maya

2 yemək qaşığı şəkər

1 şirniyyat qaşığı duz

Üstü üçün :

Doşab

Yarım çay stəkanı su

Qovrulmuş susam

Kandil Simidi Tarifi

Hazırlanma qaydası

Şüşə bir qaba yumurtanı qıraq.Sonra yağ,duz,şəkər,maya və suyu əlavə edib çırpırıq.Yaxşıca çırpdıqdan sonra yavaş-yavaş unumuzu əlavə edib yumşaq bir xəmir əldə edənə kimi yoğururuq.30 dəqiqə mayalanmağa buraxırıq.Sonra xəmiri hissələrə ayıraraq simit şəkli veririk.Doşaba batırıb sonra susama batırıb  180 dərəcəlik sobada üstü qızarana qədər bişiririk.

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: