Buradasınız
Sürətlə arıqladan QARABAŞAQ PƏHRIZI Qadın dünyası 

Sürətlə arıqladan QARABAŞAQ PƏHRIZI

Sizlərə özümün də istifadə elədiyim və razı qaldığım qarabaşaq pəhrizini təqdim edirəm.Mən sadəcə 1 həftə bu pəhrizi saxladım var 3 kiloqram çəki atdım, bu pəhriz 2 həfətlik nəzərdə tutulub.

  • İlk olaraq yarmanı düzgün hazırlamaq lazımdır. Bunun üçün 1 stəkan yarmanın üzərinə 2 stəkan su töküb bir gecə saxlamaq, sonra isə termosda dəmləmək lazımdır.
  • Hazır qarabaşağı duzsuz, şəkərsiz və istiotsuz istifadə etmək lazımdır. Bu pəhrizdə aksent məhz onun tərkibində duzun olmamasıdır, çünki məhz duz şişlərin və selülitin yaranmasına səbəb olur, həmçinin məhsulların dadını gücləndirir ki, nəticədə iştah da artır.
  • Bu zaman təbii ki, heç bir yağ, sous və mayonezdən istifadə etmək olmaz.
  • Səhər hazırlanmış qarabaşağı 5 porsiyaya bölün və bir gün ərzində yeyin. Mümkün qədər çox su için, həmçinin şəkərsiz çay və qəhvədən də istifadə etmək olar (gün ərzində maksimum 2 fincan). Bundan başqa pəhrizi həm də masaj, sauna, idman və fitneslə uyğunlaşdırsanız yaxşı olar.
  • Əlbəttə ki, bir tək qarabaşaqla iki həftə boyunca qidalanmaq praktiki olaraq mümkün deyil. Buna görə yarmadan başqa almadan, təbii tərəvəz salatlarından, kefirdən istifadə edə bilərsiniz. Bu zaman əsas qayda qidanın və içkilərin tam şəkərsiz olmaları və 18:00-dan sonra qida qəbuluna qəti qadağadır. Bundan başqa pəhrizi bitirdikdən sonra bir həftə ərzində qidaya adət edilmiş məhsulları yavaş-yavaş daxil edin. Bu qaydada, tələsmədən qidalanmanı normal rejimə salın.

qarabasaq_91c9b5d4d3104583b0e2e2a08c5c3673

mm

Gulnare Huseynova

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təhsil alır. Maraq.az Content Manager işləyir

Related posts

Bir şərh yazın

%d bloqqer bunu bəyənir: